Arvadı tərk edən kişini - Maşın vurub öldürdü

Lənkəranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


Rayonun Polis İdarəsindən verilən məlumata görə, Lənkəran-Boradigah şosesinin Girdəni kəndi ərazisindən keçən hissəsində kənd sakini, 1961-ci il təvəllüdlü Allahyar İdris oğlu Əsədullayevin idarə etdiyi "Mersedes" markalı 42- BP- 268 dövlət nömrə nişanlı "Mersedes" markalı minik maşını ilə yolu keçmək istəyən həmkəndlisi 1975-ci il təvəllüdlü Ələsgər Qasım oğlu İmamverdiyev vurub.

Sürücü yaralını avtomobilinə qoyaraq dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Reanimasiya şöbəsinə yerləşdirilən 41 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.

Dünyasını dəyişən şəxsin psixoloji problemləri olduğu, buna görə də həyat yoldaşının onu tərk etdiyi bildirilir.

Faktla Lənkəran Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Ötən gün də piyadanın ölümü ilə nəticələnən yol qəzası ölkənin şimal hissəsində qeydə alınıb. Bakı - Quba - Rusiya sərhədi yolunun 122-ci km-də Şabran şəhəri ərazisində Bakıdan Quba istiqamətinə gedən, Xaçmazın Cax-Caxlı kənd sakini, 51 yaşlı Şamil İsmayılovun idarə etdiyi VAZ 21043 markali avtomobillə yolu keçən Şabran şəhər sakini, 7 yaşlı Rüstəm Mirzəyev vurulub. Ağır xəsarət alan azyaşlı uşaq hadisə yerində dünyasını dəyişib.

anspress.com