- Türkiyə
- 11 Yanvar 21:29
- 1 764
İstanbul və bir neçə vilayətdə güclü qar səbəbindən məktəblərdə tətil elan edilib
Türkiyənin bir neçə vilayətində qeyri-sabit hava şəraiti səbəbindən məktəblərdə tətil elan edilib.
Aznews.az xəbər verir ki, bu barədə vilayət administrasiyaları məlumat yayıb.
Qeyd olunub ki, İstanbulda gözlənilən güclü qar yağışına görə yanvarın 12-si məktəblərdə qeyri-dərs günü elan olunub.
Kahramanmaraş və Sivasda da analoji səbəbə görə bir gün dərs olmayacaq. Tunceli vilayətində isə məktəb və universitetlərdə yanvarın 12-si və 13-ü qeyri-dərs günü olacaq.