Bakıda qadını şantaj etməklə ondan pul alan Hacıqabul rayon sakini tutulub. Bakıda qadını şantaj etməklə ondan pul alan Hacıqabul rayon sakini tutulub.

Qadını şantaj etməklə ondan pul alan şəxs tutuldu - Bakıda

Bakıda qadını şantaj etməklə ondan pul alan Hacıqabul rayon sakini tutulub.


AzNews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 16-da Bakı şəhər sakini (qadın) Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edərək həmin gün Lökbatan qəsəbəsində Hacıqabul rayon sakini, əvvəllər məhkum olunan Elşad Rüstəmovun onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 150 manat pulunu almasını bildirib.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elşad Rüstəmov tutulub.