Uşaq 5-ci mərtəbədən yıxılaraq öldü - Bakıda (Yenilənib)

Pirallahı qəsəbəsində yaşayan azyaşlı pəncərədən yıxılaraq ölüb.


Pirallahı qəsəbəsində yaşayan azyaşlı pəncərədən yıxılaraq ölüb.

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 10-da Pirallahı qəsəbəsində yaşayan azyaşlı Arzu Abışzadə evlərinin (5 mərtəbəli yaşayış evinin 5-ci mərtəbəsi) pəncərəsindən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

13:44
***
Dünən Bakı şəhərinin Pirallahı qəsəbəsində azyaşlı qızın ölümü ilə nəticələnən dəhşətli hadisənin təfərrüatı məlum olub.

beşmərtəbəli binanın beşinci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılaraq ölən Arzu Abışzadənin 2 yaşı keçən ayın 19-da tamam olubmuş. O, dünən özündən 2 yaş böyük qardaşı ilə mənzildə oynayırmış. Uşaqlar yataq otağında hündürlüyə çıxıb özlərini yatağın üstünə ataraq əylənirmiş. Bu zaman pəncərəyə çıxan 2 yaşlı Arzu müvazinətini itirib və pəncərədəki qoruyucu tora tərəf yıxılıb. Pəncərəyə bərkidilmiş tor uşağın ağırlığından yerindən çıxıb və azyaşlı yerə yıxılıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

2 yaşlı qızcığazın pəncərədən necə düşdüyünü təkcə 4 yaşlı qardaşı görüb.

Hadisə yerindən pəncərəyə quraşdırılmış qoruyucu tor götürülüb.

Azyaşlılar oynayarkən onların anası evdə olub və məişət işlərini görürmüş.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, pəncərələrə bayırdan bərkidilən və ağcaqanadların evə dolmasının qarşısını alan qoruyucu torlar bir çox hallarda asanlıqla yerindən çıxır. Bəzən bu torlar güclü küləyin təsiri nəticəsində də yerindən boşalaraq düşür.

Lent.az