İsa Qəmbərin müşaviri polis şöbəsinə aparılıb

Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqlı yerli polis şöbəsinə aparılıb. Partiyanın mətbuat xidmətindən AzNews.az-a daxil olan məlumata görə, Y.Sadıqlının saxlanma səbəbi barədə hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Müsavat partiyasının başqanı İsa Qəmbərə qarşı yanvarın 13-də Lənkəran şəhərində olunan hücumdan sonra partiya başqanı bu bölgəyə yenidən səfər edəcəyini açıqlayıb. İsa Qəmbərin Lənkərana növbəti səfəri yanvarın 27-ə planlaşdırılıb.


Ilkin
AzNews.az