İranın şimalında hərbi obyektə hücum edilib, cənub liman şəhəri vurulub

İranın şimalında yerləşən hərbi obyektdə güclü partlayışlar baş verib, ölkənin cənub-qərbində yerləşən Xorrəmşəhr şəhərinə isə hücum edildiyi bildirilib. Bu barədə “Iran International”a danışan şahidlər məlumat verib.

Məlumata görə, Alborz əyalətində Malard və Meşkin Dəşt arasında yerləşən, helikopter istehsalı ilə məşğul olan “Fəth” hərbi bazasında səhər saat 04:45 radələrində yeddi güclü partlayış səsi eşidilib.

Eyni zamanda, Xuzistan əyalətində yerləşən Xorrəmşəhr şəhərinin də bazar ertəsi səhər saatlarında hücuma məruz qaldığı bildirilib. Şahidlərin sözlərinə görə, hücumun detalları və nəticələri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Mövsüm,

AzNews.az