Qusar rayonunda uşaq ölümü qeydə alınıb. Qusar rayonunda uşaq ölümü qeydə alınıb.

Bakıya gətirilən xəstə uşaq yolda dünyasını dəyişdi - Həkimlər iş yerində olmayıb

Qusar rayonunda uşaq ölümü qeydə alınıb.

"Report" xəbər verir ki, rayonun Şirvanovka kənd sakini, 2014-cü il təvəllüdlü, Fəttahov Rahid Ravid oğlu Qusar rayon Mərkəzi Xəstəxanasının göndərişinə əsasən Bakı şəhərində olan xəstəxanaların birinə gətirilən zaman yolda, Siyəzən rayonu ərazisində ölüb.

Mərhumun yaxınlarının dediyinə görə, Qusarda həkimlər azyaşlının xəstəliyinin dəqiq diaqnoz qoya bilməyiblər. Yeni il bayramı ilə əlaqədar bəzi həkimlərin iş yerində olmaması uşağın vəziyyətinin ağırlaşmasına səbəb olub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

AzNews.az