Cehizini Türkiyədə saxlayıb özünü Azərbaycana qaytardılar – HADİSƏ




Türkiyə vətəndaşı ilə ailə quraraq bir müddətdən sonra ayrılan 24 yaşlı gənc qadın hüquqlarının pozulması ilə bağlı qeyri-hökumət təşkilatına müraciət edib. Bu barədə məlumat AzNews.az-a "Təmiz dünya" İctimai Birliyindən verilib.

Birliyin məlumatına görə, 1989-cu il təvəllüdlü İ.N. adlı gənc qadın 2010-cu ildə ailə qurmaq üçün Türkiyənin Kayseri şəhərinə aparılıb:

"Onu burada qonşuları olan xanım Türkiyə vətəndaşı olan oğulluğuna istəyib. Ailələr razılığa gəliblər və gənc qız Türkiyəyə aparılıb. Ancaq ailəyə vəd edildiyi kimi rəsmi nikah bağlanmayıb, sadəcə dini kəbin kəsilib. 2 uşaqları dünyaya gəldikdən sonra yola getmədiklərindən ayrılıblar. Bu zaman gənc qadını 2 uşağı ilə bərabər Bakıya göndəriblər. Buradan cehiz olaraq apardığı heç bir əşya qadına qaytarılmayıb".

"Təmiz dünya" İB - nə də məhz bu səbəbdən müraciət edən qadın ona kömək göstərilməsini istəyib. Hazırda qadına göstəriləcək hüququ yardımla bağlı müzakirələr aparılır.

Elnarə Əlosmanqızı
AzNews.az