Gəncə şəhərində bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Gəncə şəhərində bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

İki avtomobil toqquşdu - 1 nəfər yaralandı

Gəncə şəhərində bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində "Ford" markalı avtomobil ilə "VAZ -2106"nın toqquşması nəticəsində baş verib.

"VAZ" markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Qəzada hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisənin baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

AzNews.az