- Köhnə - Hadisə
- 1 İyul 2017 18:43
- 4 637
Seyfdən 2500 manat və kassa aparatı oğurlandı - Bakıda

Bakının Binəqədi rayonunda mağazadan oğurluq edilib.
"Report" xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.
Belə ki, qəsəbədə, məhəllə 5057/68 ünvanında yerləşən mağazadakı seyfdən 2500 manat və kassa aparatı oğurlanıb. Qeyd edək ki, mağaza Ağdaş rayon sakini, 1996-cı il təvəllüdlü Məhəmməd Abdullayevə məxsusdur.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az