Goranboy rayonunda kütləvi dava olub, xəsarət alanlar var. Goranboy rayonunda kütləvi dava olub, xəsarət alanlar var.

Qohumlar arasında kütləvi dava - Qayınata və kürəkən yaralandı

Goranboy rayonunda kütləvi dava olub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, kütləvi dava Alacalı kəndində qohumlar arasında baş verib. Hadisə zamanı xəsarət alanlar qayınata və kürəkən olub. Belə ki, davadan sonra qarşı tərəf maşını onların üstünə sürüb. Eyni zamanda, qarşı tərəfdən iki nəfər üz və baş nahiyələrindən xəsarət alıblar. Onlar ambulator müayinədən sonra evə buraxılıblar.

Mübahisə zəminində baş vermiş əlbəyaxa dava zamanı Tərtər rayon sakini, 1990-cı il təvəllüdlü Teyyub Fərrux oğlu Quliyev və Goranboy sakini, 1977-ci il təvəllüdlü Mirzəyev Ağa Ziyad oğlu müxtəlif bədən xəsarətləri alıb. Onların hər ikisi Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

AzNews.az