Salyanda iki azyaşlı uşağın üstünə qaynar su tökülüb. Salyanda iki azyaşlı uşağın üstünə qaynar su tökülüb.

İki uşağın üstünə qaynar su töküldü

Salyanda iki azyaşlı uşağın üstünə qaynar su tökülüb.

APA-nı Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Çuxanlı kəndində baş verib.

4 yaşlı Süleymanova Dəniz Rəsul qızı və 2 yaşlı Ayaz Həbib oğlu Xəlilovun üzərinə qaynar su ilə dolu qazan aşıb.

Hər iki uşaq ağır yanıq xəsarətləri alıb. Onlar öncə Salyan rayon xəstəxanasına çatdırılıb, oradan isə Bakı Yanıq mərkəzinə yola salınıb.

AzNews.az