Mingəçevir şəhərində avtomobil Kür çayına düşüb. Mingəçevir şəhərində avtomobil Kür çayına düşüb.

Maşın çaya düşdü, ölən var

Mingəçevir şəhərində avtomobil Kür çayına düşüb.



Hadisə bu gün saat 14:30 radələrində Mingəçevir şəhəri ilə "Energetiklər" qəsəbəsini birləşdirən Kür çayı üzərindəki körpüdə qeydə alınıb. "VAZ 2107" markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən körpünün kənarındakı metal məhəccəri sındıraraq 10 metr hündürlükdən çaya düşüb. Avtomobildə 4 nəfər olub, onlardan biri - qadın dünyasını dəyişib.

Digər 3 nəfərin isə xilas olunduğu bildirilir. Hələlik onların adları məlum deyil. Avtomobilin sudan çıxarılması üçün tədbirlər görülür. FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları ərazidə iş aparır. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma başlanıb.