Ağdaşda qətl hadisəsi baş verib. Ağdaşda qətl hadisəsi baş verib.

Yeniyetmə ürəyindən bıçaqlandı

Ağdaşda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün 10.30 radələrində Ağdaş şəhərindəki Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında qeydə alınıb.

16-17 yaşlarında olduğu deyilən oğlanın ürəyindən bıçaqlanaraq öldürüldüyü bildirilir.

Onun meyiti müayinə olunmaq üçün Ağdaş morquna aparılıb.

Faktla bağlı araşdırma aparılır. Ölən və hadisəni törədənin kimliyi hələlik məlum deyil.

AzNews.az