Şamaxı rayonunda 17 yaşlı gənc qayadan yıxılıb. Şamaxı rayonunda 17 yaşlı gənc qayadan yıxılıb.

17 yaşlı gənc qayadan yıxılıb

Şamaxı rayonunda 17 yaşlı gənc qayadan yıxılıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, rayonun Böyük Xınıslı kənd sakini, 2000-ci il təvəllüdlü Nahid Seymur oğlu Abdullayev yaşadıqları evin yaxınlığındakı Gülüstan dağından düşüb.

Ailəsinin köməyi ilə qayalıq ərazidən çıxarılan yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxananın Cərrahiyyə şöbəsindən "Report"un yerli bürosuna verilən məlumata görə, Nahid Abdullayev kəllə-beyin travması, bədənin müxtəlif nahiyəsinin cırılmış-əzilmiş yaraları ilə xəstəxanaya gətirilib, ona ilkin yardım göstərilərək şöbəyə yerləşdirilib. Xəstənin vəziyyəti kafidir.

Onun dağda gəzərkən qəfildən ayağının sürüşərək qayadan yıxıldığı bildirilir.