Qazax rayonunda bu gün baş verən ağır avtomobil qəzasının bəzi detalları məlum olub. Qazax rayonunda bu gün baş verən ağır avtomobil qəzasının bəzi detalları məlum olub.

Qazaxda qəza - Yaralılar var + Yenilənib

Qazax rayonunda bu gün baş verən ağır avtomobil qəzasının bəzi detalları məlum olub.

"Report"un Qərb bürosunun verdiyi xəbərə görə, qəza zamanı xəsarət alan Anar Qurbanov Ağstafa rayon sakinidir. Qəzaya uğrayan "Opel" markalı avtomobildir. Avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxaraq su arxına düşüb. Sürücü suyun içərisindən çıxarılaraq, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

***

17:49

Qazax rayonunda ağır avtomobil qəzası baş verib, yaralılar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Daş Salahlı kənd yolunda baş verib.

İlkin məlumatlara görə avtomobil qəzası zamanı bir neçə nəfər yaralanıb. Hazırda əraziyə təcili tibbi yardım maşınları və DYP əməkdaşları cəlb olunub. Avtomobil idarəetmədən çıxraq arxa düşüb. Ağır xəsarət alan 24 yaşlı Anar Qurbanov dərhal Qazax rayon Diaqnostika Mərkəzinə çatdırılıb. Avtomobildə başqa yaralıların olub olmadığı hələki bildirilmir.

AzNews.az