Mədəniyyət ocağının mədəniyyətdən kənar hərəkətləri narazılığa səbəb oldu Mədəniyyət ocağının mədəniyyətdən kənar hərəkətləri narazılığa səbəb oldu

Filarmoniyada biabırçılıq - Dava

Mədəniyyət ocağının mədəniyyətdən kənar hərəkətləri narazılığa səbəb oldu


Dünən gecə saat 12 radələrində Filarmoniyada mədəniyyət ocağına yaraşmayan, diqqət yetirilməsi vacib olan hadisə baş verib. Filarmoniyanın həyətində yerləşən restorandan çıxan müştərilərdən biri ilə Filarmoniyanın mühafizə xidməti əməkdaşı arasında mübahisə yaranıb.

AzNews.az əməkdaşının verdiyi məlumata görə, mübahisə müştərinin maşını ilə bağlı yaranıb. Belə ki müştəri maşının işləməməsi səbəbindən onu ərazidən apara bilməyib, ancaq bu, Filarmoniya mühafizə xidmətinin narazılığına səbəb olub.

Şəxs avtomobilin təmir edilməsi üçün usta çağırsa da, usta gec olduğunu bildirərək, yalnız şəhər maşına baxa biləcəyini bildirib. Bununla razılaşmayan mühafizə xidmətini əməkdaşı şəxsdən təcili olaraq maşını ərazidən aparmağı tələb edib və ona qarşı təhqiredici ifadələr işlədib. Mədəniyyət ocağında mühafizə xidməti əməkdaşının belə münasibəti həmin vaxt orada olan şəxslərin kəskin narazılığına səbəb olub. Ancaq mühafizə xidmətini əməkdaşı heç kəsin fikrini dinləməyərək ,kobud ifadələr işlətməkdə və ətrafa narahatlıq verməkdə davam edib.

Məsələ ilə bağlı Filarmoniyanın mətbuat xidmətindən AzNews.az-a bildiriblər ki, həmin vaxt orada olan əməkdaş mühafizə xidmətini təşkil edən orqanın əməkdaşı deyil. Mühafizə xidməti vəzifəsinin yerinə yetirən şəxs Filarmoniya tərəfindən işə qəbul edilib. Ancaq mətbuat xidmətindən baş verən hadisə ilə bağlı açıqlama verməkdən imtina ediblər. Sadəcə ərazidə maşın saxlamağa icazə verilmədiyi vurğulanıb.

Daha sonra AzNews.az-la əlaqə saxlayan Filarmoniyanın direktor müavini Afət Mikayılov əməkdaşın hərəkətinə haqq qazandıraraq, bunu ərazidə maşın saxlamağa icazə verilməməsi ilə əlaqələndirib. Ərazidə maşın saxlamağın qadağan olunduğunu bildirən heç bir nişanın olmaması və bu qadağanın kim tərəfindən müəyyən edilməsi ilə bağlı suala direktor müavini "Bu barədə heç nə deyə bilmərəm" deyə cavab verib.

Qeyd edək ki, hadisə baş verən zaman Filarmoniyanın həyətində 20-dək maşın olub. Həmin maşınların hansı şərtlərlə orada saxlanılması barədə də məlumat ala bilmədik.

Onu da bildirə ki, Afər Müəllimin "qadağan olunmuş zona" adlandırdığı yer Filarmoniyanın restoranının dayanacağı kimi istifadə edilir.

Elnur
AzNews.az