Şəkidə bədbəxt hadisə - 3 uşaq anası ağır xəsarət aldı

Şəkidə gilas ağacından yıxılan üç uşaq anası ağır xəsarət alıb

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu gün günorta saat 16 radələrində rayonun Baş Zəyzid kənd sakini 1990-cı il təvəllüdlü Aygün Hidayət qızı Camalova aşağı ətrafların iflici xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya bildirilib ki,müayinə zamanı üç uşaq anası olan Aygün Camalovanın yaşadığı ünvanda gilas yığarkən ağacdan yıxılması məlum olub.