- Köhnə - Hadisə
- 4 İyul 2018 09:39
- 5 019
Kürdə batan gəncin meyiti tapıldı

Kür çayının Şəmkir rayonu, Kür qəsəbəsi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1999-cu il təvəllüdlü İsgəndərov Elçin Elxan oğlunun axtarışları başa çatıb.
FHN-dən AzNews.az-a verilən məlumata görə, E.İsgəndərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.