Mikroavtobus qəzaya düşdü: 5 yaralı

Goranboy rayonunda ağır yol qəzası baş verib

Xocalı Rayon Polis Şöbəsindən APA- a verilən məlumata görə, hadisə Goranboy Rayon Ağcakənd kəndində qeydə alınıb.

1969-cu il təvəllüdlü Cümşüd Səməndər oğlu İsmayılovun idarə etdiyi "Mercedes" markalı mikroavtobusla ötmə əməliyyatını səhv yerinə yetirərək, qarşıdan gələn "VAZ 21011" markalı avtomobillə toqquşub.

Nəticədə mikroavtobusda olan sərnişinlər - Goranboy rayon Şəfəq kənd sakinləri tibb bacıları, 1989-cu il Günel Xəqani qızı Rəcəbova, 1973-cü il təvəllüdlü Səlimə Vilayət qızı Abdullayeva, Xocalı rayon sakinləri, 1993-cü il təvəllüdlü Lamiyə Sakit qızı Qasımova, 1978-ci il təvəllüdlü Elnarə Əhliman qızı Allahverdiyeva və 1981-ci il təvəllüdlü Aliyə Eyvaz qızı Abışova ağır bədən xəsarətləri alıblar.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə baş verən kənd Xocalı rayonunun müvəqqəti inzibati mərkəzidir.

AzNews.az