- Köhnə - Hadisə
- 31 Avqust 2018 20:12
- 3 212
Telefon qutusundan görün, nə çıxdı - Foto

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AzNews.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı Ülvi Fərzəliyev saxlanılıb.
RPŞ-nin əməkdaşları tərəfindən Ü.Fərzəliyev üzərinə keçirilən baxış zamanı onun əlindəki telefon qutusundan ümumi çəkisi 410 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.