Azərbaycanda Almaniya vətəndaşının qətlində şübhəli bilinən şəxs tutulub Azərbaycanda Almaniya vətəndaşının qətlində şübhəli bilinən şəxs tutulub

Alman vətəndaşını öldürən azərbaycanlı həbs edildi

Azərbaycanda Almaniya vətəndaşının qətlində şübhəli bilinən şəxs tutulub


Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, mayın 2-si Ə. Rəcəbli küçəsində Almaniya vətəndaşı Vüsal Şilder aldığı iki bıçaq xəsarəti ilə əlaqədar xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 18-ci Polis Bölməsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini əvvəllər məhkum olunmuş Elman İsgəndərov mayın 5-də yaxalanıb.

Qeyd edək ki, Almaniya vətəndaşı olan 23 yaşlı Vusal Şilder Adolf əslən azərbaycanlıdır. Belə ki, Almaniya vətəndaşı olan kişi ilə Azərbaycan vətəndaşı olan qadın Vusal Şilder Adolfu 20 il əvvəl Bakıda övladlığa götürüblər. O, Qərb Universitetinin ikinci kurs tələbəsi olub.

AzNews.az