Həbsdəki azərbaycanlılarla bağlı İran prokurorluğundan xəbər var

"Onların həbs səbəbi və detallar haqda indi açıqlama verə bilmərəm"

Təbrizdə həbs olunmuş iki Azərbaycan vətəndaşının işinə tez bir zamanda baxılacaq və qısa müddət ərzində məlumat veriləcək.

Bunu İranın baş prokuroru və Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsini Əjeyi deyib. Trend-in məlumatıa görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews məlumat verir.

Əjeyi deyib ki, həmin vətəndaşların həbsi ilə bağlı Təbriz prokrorluğundan məlumat almışam, onların həbs səbəbi və detallar haqda indi açıqlama verə bilmərəm, lakin tez bir zamanda bu haqda məlumat veriləcək.

Xatırladaq ki, bir neçə gün öncə İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar. Azərbaycan tərəfi bununla bağlı İrana nota verib.

AzNews.az