Ramzan Kadırov erməniləri qəzəbləndirdi

Çeçenistan prezidenti Ramzan Kadırovun Qarabağ müharibəsi ilə bağlı bəyanatı qondarma DQR-in qəzəbinə səbəb olub.

AzNews.az-ın məlumatına görə, Kadırovun bəzi çeçen muzdlularını ermənilər tərəfdə döyüşməsi ilə bağlı bəyanatına qondarma rejimin Xarici İşlər Nazirliyindən münasibət bildirilib.

Erməni tərəf Kadırovun bəyanatına cavab olaraq Şamil Basayevin rəhbərlik etdiyi silahlıların Azərbaycan tərəfində döyüşdüyünü iddia edib.

Qeyd edək ki, R.Kadırov "livejournal" bloqunda çeçen muzdlularının Qarabağda ermənilər tərəfdə döyüşdüyü bildirmişdi.

Elnarə Əlosmanqızı
AzNews.az