Bərdədə kütləvi dava: çoxlu yaralı var

Bərdə rayonunun Qazaxlar kənd sakinləri arasında yaranan mübahisə kütləvi davaya səbəb olub. Qazaxlar kənd sakini Dünyamalıyev Sənan İbrahim oğlu ilə onun həmkəndliləri Mehdiyev Anar Mustafa oğlu və Məstanov Nurlan Sahib oğlu arasında yaranan mübahisə ertəsi gün qanlı hadisəylə başa çatıb. Aralarındakı münasibəti aydınlaşdırmaq üçün Bərdə bazarına gələn bu şəxslər arasında növbəti dava baş verib.

Sənan Dünyamalıyev və adı istintaqa məlum olmayan digər şəxs Anar və Yasin Mehdiyev qardaşlarını və Məstanov Nurlan Sahib oğlunu bıçaqlayıblar. Xəsarət alan şəxslər dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bərdə Rayon Polis Şöbəsində faktla bağlı cinayət işi qaldırılıb, hadisənin baş vermə səbələri araşıdırılır. Hadisəni törədən şəxslər saxlanılıb. //anspress//

AzNews.az