- Köhnə - Hadisə
- 28 May 2013 08:45
- 2 877
Biləsuvarda dəhşətli qəza: 16 yaralı

Mayın 27-də Biləsuvar rayonunda 16 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
Rayon ərazisində "Qaz 53" markalı yük maşını aşıb. Maşının kuzasında olan 14 nəfər, eləcə də kabinadakı 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.
Məlumata görə, qəzaya düşən şəxslər əkin sahəsindən gələn 2 ailənin üzvləri olub. Faktla əlaqədar araşdırmalar aparılır. (lent.az)
AzNews.az