Ata uşağını dondurdu - ağladığı üçün

ABŞ-ın Vaşinqton şəhərində ata 6 həftəlik uşağını dondurucuya qoyub. Səbəbi isə uşağın ağlaması olub. Məhkəmə qarşısına çıxarılan atanın girovla azadlığa buraxılması üçün 1 milyon dollar tələb edilir.

AzNews.az-ın məlumatına görə, 25 yaşındakı ata Tyler JCeyms uşağını 1 saat mənfi 12 dərəcə temperatur olan dondurucuda saxlayıb. Həkimlər uşağın yaşayacağını dəqiq söyləməsələr də ümidlərini itirməyiblər.

1 saat qaldığı dondurucuda uşağın bədən temperaturu 29 dərəcəyə düşüb, eyni zamanda ayağı və qolu qırılıb, başı yaralanıb. Ata həmçinin vəziyyəti görərək polisə xəbər vermək istəyən xanımına qarşı da zor tətbiq edib.

Elnarə Əlosmanqızı
AzNews.az