Azərbaycan - Ermənistan sərhəddində yanğın

Qazax rayonunun mərkəzindən 35 km aralı Fərəhli kəndində Ermənistanla həmsərhəd ərazi boyunca 10 ha sahədə quru ot yanıb. Məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Ərazidə olan biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 23:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Elnarə
AzNews.az