88 yaşlı kişi intihar etdi- Azərbaycanda

Bərdədə intihar olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Bərdə rayonu Xanərəb kənd sakini, 1925-ci il təvəllüdlü Fazil Cəfərov özünə qəsd edib.

Yaxınlarının verdiyi xəbərə görə, mərhum uzun müddətdir, xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Son aylar isə ağrıları daha da ağırlaşıb.

İlkin ehtimala görə, onun özünə qəsd etməsinin əsas səbəbi də xəstəliyinin ağırlaşması olub.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi başlanıb.

AzNews.az