71 yaşlı qadın kanalda batdı

Siyəzəndə 71 yaşlı qadın kanalda çimərkən batıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1942-ci il təvəllüdlü Xədicə Dövlətnəzər qızı Fəttahovanın Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal edilir.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilmiş və axtarışlara başlayıblar. Hələlik axtarışlar nəticə verməyib.

AzNews.az