Salyan və Xırdalanda yanğın

Ötən gün axşam saatlarında bir neçə yanğın hadisəsi qeydə alınıb.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Salyan rayonu Qarabağlı kəndində (rayon mərkəzindən 26 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə yanğın baş verib. Nəticədə ümumi sahəsi 48 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 4.5 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Diğər yanğın Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 24 kv.m olan köməkçi tikili kimi istifadə olunan vaqonda baş verib. Nəticədə, vaqonun yanar konstruksiyaları və şüşə-pambıqdan ibarət üzlüyü yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az