Apelyasiya Məhkəməsi Zaur Qurbanlının şikayətinə baxacaq


İyulun 25-də saat 12.00-da Bakı Apellyasiya Məhkəməsində həbsdə olan N!DA-çı Zaur Qurbanlının ev dustaqlığına buraxılması ilə bağlı Nəsimi rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılacaq.

AzNews.az-ın məlumatına görə, məhkəməyə hakim Abid Abdinbəyov sədrlik edəcək.

Qeyd edək ki, Zaur Qurbanlı talassemiya xəstəsidir. O, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham edilir.

Anar
AzNews.az