Həftə sonu olmasına baxmayaraq hazırda paytaxtda Heydər Əliyev prospekti və Bakı-Sumqayıt şosesində uzun tıxac müşahidə olunur. Hər iki yolda nəqliyyat vasitələri 20 km sürətlə hərəkət edir. Bundan başqa Azadlıq prospekti, Atatürk prospekti, Ziya Bunyadov prospektində tıxac var.
Xarici dairəvi küçə, Babək prospekti, Zakir Yusifov küçəsi, akademik Həsən Əliyev küçəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.