“Range Rover” qaçırıldı

Bakı şəhərinin Suraxanı rayonunda quldurluq hadisəsi baş verib.

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1977-ci il təvəllüdlü Əhmədov Ülfət Tələt oğluna məxsus "Range Rover" markalı, 90-VT- 962 dövlət nömrə nişanlı avtomobil onun əlindən zorla alınıb.

Polisə müraciət edən Ü.Əhmədov bildirib ki, naməlum şəxslər bıçaqla ona hücum edərək pul verməsini tələb ediblər. O, pul vermək istəməyib. Maşının açarının üstündə olmasından istifadə edən quldurlar maşını sürərək gediblər. Avtomobildə 10 min manat pul, digər qiymətli əşyalar və sənədlər olub.

Faktla əlaqədar zəruri əməliyyat-axtarış tədbirləri aparılır.

AzNews.az