Bakıda ağlasığmaz qəza

Avqustun 5-i saat 08 radələrində Xəzər rayonu ərazisində dəhşətli yol qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Buzovna yolunda Bakı şəhər sakini Anar Məmmədov "Mercedes" markalı avtomobillə idarəetməni itirərək maneəyə vurub. Bunu görən "VAZ-21015" markalı avtomobilin sürücüsü Rüstəm Məlikov A.Məmmədova yardım etmək istəyib və maşını saxlayaraq düşüb.

Həmin vaxt hərəkətdə olan və Yaqub Heybətovun idarə etdiyi "Opel" markalı avtomaşın isə idarəetməni itirərək hər iki avtomaşını və sürücülərini vurub. Y.Heybətovun özü və A.Məmmədov hadisə yerində ölüb, R.Məlikov isə xəsarətlə 26 saylı xəstəxanaya yerləşdirilib.

AzNews.az