Nazirliyə məxsus müəssisədə partlayış- 1 ölü


Azərbaycan İqtisadi İnkişaf Nazirliyinə məxsus müəssisədə baş verən partlayışda bir nəfər ölüb.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 7-də Lənkəran şəhəri ərazisində İqtisadi İnkişaf Nazirliyinin balansında olan Təkrar Xammal Tədarükü Müəssisəsinin ərazisində təmizlik işləri aparıldıqdan sonra toplanmış tullantılar yandırılarkən ani partlayış baş verib.

Nəticədə təmizlik işlərinin aparılmasına cəlb olunan İstisu qəsəbə sakini İlham Quliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib və orada ölüb.

AzNews.az