Sabiq nazirin həbsi ilə bağlı Rəsmi açıqlama

Milli Təhlükəsizlik Nazirliyi (MTN) Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin həbsi ilə bağlı məlumat yayıb.

MTN-in mətbuat xidmətinin rəhbəri Arif Babayev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan vətəndaşı Quliyev Nicat Əmir oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinib.

Nazirlik rəsmisinin sözlərinə görə, o, Cinayət Məcəlləsinin həmin maddəsi ilə 2013-cü ildə avqustun 7-də tutulub və təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə avqustun 8-də barəsində həbs qətiimkan tədbiri seçilib.

Qeyd edək ki, Nicat Qulieyv MTN əməkdaşları tərəfindən həbs olunarkən bağ evindən xeyli sayda silah-sursat da aşkarlanıb.

AzNews.az