İTV-də baş direktor müavini işdən çıxarıldı

İctimai Televiziya və Radio Yayımları (İTV) Şirkətində daha iki istefa verib.

Şirkətindən lent.az-a verilən məlumata görə, İTV sədrinin ictimai-siyasi məsələlər üzrə direktor müavini Oqtay Bayramov işdən çıxarılıb.

İTV-nin Xəbərlər Departamentinin direktoru İlham Sərxanlı da vəzifəsindən azad olunub.

Hər iki vəzifəyə hələlik təyinat olmayıb.

Məlumata görə, bu gün İTV-nin Yayım Şurasının iclası çağırılıb. İclasda yeni təyinatlar olacağı gözlənilir.

Qeyd edək ki, O. Bayramov İTV-nin direktor müavini vəzifəsinə yeni təyinat almışdı. O, buna qədər "Azərtac"ın Türkiyə bürosunun rəhbəri vəzifəsində çalışmışdı.

AzNews.az