- Köhnə - Hadisə
- 1 Oktyabr 2013 18:44
- 2 737
Yaşayış evində partlayış baş verdi
APA-nın şimal bürosunun verdiyi məlumata görə, partlayış Quba şəhəri, M.Qorki küçəsi bina 24, mənzil 18-də qeydə alınıb.
Partlayış nəticəsində Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı Elmar Umudov müxtəlif bədən xəsarətləri alaraq Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.
Hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırmalar davam etdirilir.
AzNews.az