- Köhnə - Hadisə
- 22 Oktyabr 2013 09:12
- 3 040
Nazirlik fiziki şəxsə maliyyə sanksiyası tətbiq etdi
Məlumatda bildirilir ki, fiziki şəxs Həsənov Dəyanət Cəfər oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan süd məhsullarının istehsal edildiyi müəyyən edilmiş və qanun pozuntuları aşkar edilib.
Dövlət Xidmətində işə baxılmış və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə fiziki şəxs D.Həsənov barəsində 5,2 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
AzNews.az