Bərdədə qaz balonu partladı


Bərdədə partlayış olub.

AzNews.az xəbər verir ki, səhər saatlarında baş verən hadisəyə qaz balonunun partlaması səbəb olub.

Partlayış Bərdənin Qasımbəyli kənd sakini Xuraman Adigözelovaya məxsus evdə qeydə alınıb. Qaz balonunun üstünə çay qoyub qonşuya gedən ev sahibi evindən gələn partlayış səsinə qayıdıb. İnsan itkisi olmasa da, evə - xüsusən mətbəxə ciddi ziyan dəyib. Fakt FHN-in rayon yanğından mühafizə xidmətində araşdırılır.

Ruhiyyə
AzNews.az