- Dünyanın halı
- 08:41
- 922
Li Çje Myon Şimali Koreyadan dron buraxılışına görə üzr istəyib
Koreya Respublikasının rəhbəri Li Çje Myon hökumət kabinetinin iclasında mülki şəxslər tərəfindən Şimali Koreya ərazisinə pilotsuz uçuş aparatlarının (PUA) göndərilməsinə görə üzr istəyib.
Aznews.az xəbər verir ki, iclas Cənubi Koreya liderinin "YouTube" kanalında canlı yayımlanıb.
"Hökumətin bu işə aidiyyəti olmamasına baxmayaraq, mən məsuliyyətsiz hərəkətlərin səbəb olduğu hərbi sahədəki həddindən artıq gərginliyə görə Şimaldan üzr istəyirəm", - dövlət başçısı bildirib.
Yanvarın əvvəlində Şimali Koreya Silahlı Qüvvələri bəyan etmişdi ki, sentyabrın 27-si və yanvarın 4-də Koreya Respublikası ərazisindən buraxılmış pilotsuz aparatlar onların hava məkanına soxulub. Cənubi Koreya ordusu insidentlərə aidiyyəti olmasını rədd edib, bundan sonra hakimiyyət orqanları buraxılışların arxasında fərdi şəxslərin dayandığından şübhələnərək araşdırmaya başlayıb.
Həmin dövrdə kütləvi informasiya vasitələrinə müsahibəsində "30 yaşlı dotorant" bildirib ki, sentyabrdan yanvara qədər olan dövrdə Şimali Koreya dövlətinin nüvə obyektlərinin yaxınlığında radiasiya fonunu ölçmək məqsədilə dronları məhz o göndərib. Bundan əvvəl Cənubi Koreya prokurorluğu qeyd olunan doktorant da daxil olmaqla, üç mülki şəxsə qarşı düşmənə kömək etmək ittihamı irəli sürmüşdü. Bundan əlavə, hüquq-mühafizə orqanları bu vətəndaşların hərbi kəşfiyyat əməkdaşları ilə mümkün əlaqələrini yoxlayırdı.
Pxenyan Seulun baş vermiş insidentlərə görə rəsmən üzr istəməsində təkid edirdi.