- Köhnə - Hadisə
- 6 Noyabr 2013 13:31
- 3 719
Arvadını qətlə yetirən şəxsə 13 il həbs

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, E. Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E. Hüseynov həyat yoldaşı Tamillanın başını kəsib. Hadisə azyaşlı övladları Əlinin gözü qarşısında baş verib.
E. Hüseynov hadisədən sonra polis idarəsinə gələrək təslim olub və həyat yoldaşını əxlaqsızlıqla məşğul olduğu üçün öldürdüyünü bildirib.
O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin bir neçə bəndi üzrə ittiham edilib.
AzNews.az