18 yaşlı Murad Ağakərimli aldığı güllə yarasından dünyasını dəyişdi 18 yaşlı Murad Ağakərimli aldığı güllə yarasından dünyasını dəyişdi

Ordumuzda daha bir intihar

18 yaşlı Murad Ağakərimli aldığı güllə yarasından dünyasını dəyişdi

Azərbaycan ordusundan daha bir ölüm xəbəri gəldi. AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə cəbhə bölgəsində qeydə alınıb. Milli Ordunun əsgəri, 18 yaşlı Murad Qurban oğlu Ağakərimli aldığı güllə yarasından dünyasını dəyişib. Onun tabeliyindəki silahdan özünə açdığı atəş nəticəsində öldüyü bildirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, M. Ağakərimli bu ilin aprel ayında Bakının Xətai rayonundan həqiqi hərbi xidmətə çağırılıb.


AzNews.az