- Köhnə - Hadisə
- 3 Dekabr 2013 11:51
- 2 656
Yanan evdən 4200 manat pul və qızıl tapılmır
AzNews.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Yeni Suraxanı qəsəbəsi Sabir küçəsi ev 30-da yaşayan Nazilə Həbibovanın evində yanğın baş verib. Nəticədə xəsarət alan olmayıb, 20 kvadrat metr sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. N.Həbibova Suraxanı RPİ-yə ərizə ilə müraciət edərək yanğından sonra evindəki 4200 manat pulu və qızıl əşyalarını tapa bilmədiyini bildirib.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
AzNews.az