Piyadaların ölümü ilə nəticələnən avtoqəza


Sabunçu rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Asif Nəsibov idarə etdiyi Ford markalı avtomobillə yolu keçən Zürcəl Hüseynovanı vurub. Piyada hadisə yerində dünyasın dəyişib.

Ötən gün Şirvanda da analoji yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Ramil Əliyev idarə etdiyi avtomobillə yolu keçən Talehə İmanovanı vurub. Qəza nəticəsində T.İmanova keçinib.

Tural Mustafayev
AzNews.az