Sabah hava necə olacaq?



Bakı və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacaq, gün ərzində əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 25-29 dərəcə isti olacaq. zərbaycanın rayonlarında sabah əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var.

Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti təşkil edəcək.

AzNews.az