- Köhnə - Hadisə
- 10 Fevral 2014 17:57
- 4 495
FHN zəlzələ ilə bğlı məlumat yaydı
AZNews.az - ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 10 fevral 2014-cü il tarixində saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə Hacıqabul rayonu ərazisində, 55 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5,7 maqnituda (12 ballıq cədvəl üzrə 5 bal) gücündə, respublikanın əksər yaşayış məntəqələrində 5,0-3,0 bal, Bakı şəhərində isə 3 bala qədər hiss olunub.
İnsan tələfatı və dağıntı yoxdur.
AzNews.az