Yük maşını çevrildi - 1 ölü, 71 yaralı



AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Kubanın şərqində yük maşınından yığılmış avtobus çevrilib. Nəticədə bir nəfər ölüb, 71 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Hadisə Qranma əyalətinin Loma - de Sao rayonunun Qisa ərazisində baş verib. Los - Ornerosdan Qisa qəsəbəsinə hərəkət edən yığılma avtobusun sürücüsü idarəetməni itirdiyinə görə avtobus çevrilib.

Hadisə vaxtı kuzovda 70 - dən çox adam olub. Qəza nəticəsində 17 yaşlı sürücü köməkçisi vəfat edib. Yaralılar tibb müəssisələrinə çatdırılıblar.

Hadisə yerinə əyalətin rəhbərləri və güc strukturları gəliblər. 150 nəfərdən çox yerli sakin yaralılara könüllü qan veriblər.


Əli
AzNews.az