- Köhnə - Hadisə
- 1 Mart 2014 10:07
- 7 558
Bakıda deputat oğlu ilə bağlı ŞOK məlumat: o, kimin maşınını atəşə tutdu?

Etibarlı mənbədən Bizimyol.info-ya daxil olan məlumata görə millət vəkilinin oğlu bahalı "Mercedes" avtomobilindən yaxınlığından keçən bir şəxsin avtomobilinə tapançadan atəş açıb. Nəticədə maşının arxa şüşəsi sınsa da, sürücü xəsarət almayıb. Onların arasında əvvəlcə mübahisə yaranıb, deputatın oğlu onu hövslədən çıxaran şəxsi elə yolun ortasında cəzalandırmaq qərarına gəlib.
Hadisə yerinə dərhal polis əməkdaşları gəlib. Hadisəni törədən şəxsin kimiliyi məlum olandan sonra işi "sakit" formada həll etməyə qərar veriblər. Mənbənin məlumatına görə hadisə Binəqədi rayon Polis İdarəsində araşdırılıb. Zərərçəkən sürücü 30 min manat kompensasiya aldıqdan sonra iş bağlanıb.
AzNews.az